ABŞ-də Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı nümayəndələri dünya bazarlarında çaxnaşmalara yol verməmək üçün yazda dövlət borcunun tavanının artırılmasına can atmaq niyyətindədirlər.
“İki sahil” xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası öz xərclərində milli borcun tavanına çatmaq niyyətində deyil:
“Hər kəs yadda saxlamalıdır ki, biz dövlət xərclərini azaltmaq istəyən komandayıq və bunu kardinal şəkildə edəcəyik. DOGE (Hökumət Effektivliyinin Təkmilləşdirilməsi Departamenti - Qeyd) bu istiqamətdə səylər göstərəcək, lakin qiymətli kağızlar bazarlarını və qlobal iqtisadiyyatı qorxutmamaq üçün borc tavanını kağız üzərində qaldırmaq lazımdır”.