07 yanvar 2025 13:14
123

Fransızların 61 faizi Makronun istefasını istəyir - Papuaşvili

“Fransada yeni seçkilərin keçirilməsi bu ölkədəki siyasi böhranın ən yaxşı həlli olacaq”.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Mən Fransanın daxili siyasətinə qarışmaq fikrində deyiləm. Lakin nəzərə almalıyıq ki, fransızların 61 faizi prezident Makronun istefasını, 50 faizi isə Milli Assambleyanın buraxılmasını istəyir. Belə olan halda, siyasi böhrandan çıxış yolu üçün yeni seçkilər daha yaxşı olardı” – deyə, Papuaşvili bildirib.