06 yanvar 2025 09:59
132

Blinken Koreya Respublikasının prezidenti səlahiyyətlərinin icraçısı ilə görüşüb

Koreya Respublikasının prezidenti səlahiyyətlərinin icraçısı, baş nazirin müavini Çxve San Mok və ABŞ dövlət katibi Entoni Blinken Seulda danışıqlar aparıblar.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Çxve San Mokun rəhbərlik etdiyi Koreya Respublikasının Maliyyə Nazirliyindən bildirilib.

Çxve San Mok ABŞ-yə "Cənubi Koreya demokratiyasına dəstək və etimad nümayiş etdirdiyinə görə" təşəkkür edib.

"O, Koreya Respublikası-ABŞ ittifaqının güclü müdafiə qabiliyyəti əsasında Şimali Koreyanın törədə biləcəyi müxtəlif təxribatlara hazırlıq zamanı sıx əməkdaşlığın davam etdirilməsini xahiş edib", - nazirlikdən məlumat verilib.

Qeyd edək ki, KXDR yanvarın 6-da Yapon dənizi istiqamətində bu ilin ilk ballistik raket buraxılışını həyata keçirib.

Amerika tərəfi Çxve San Mokun rəhbərliyinə tam etibar etdiyini bildirərək Yaponiya və Cənubi Koreya ilə üçtərəfli formatda əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu deyib.