07 yanvar 2025 11:14
121

İndoneziya Rusiyaya BRİKS-ə qoşulmaqda göstərdiyi dəstəyə görə təşəkkür edib

İndoneziya Xarici İşlər Nazirliyi Rusiyaya BRİKS-ə qoşulmaqda göstərdiyi dəstəyə görə təşəkkür edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, XİN bildirib ki, İndoneziya təşkilatda qlobal nizamın qorunmasında aktiv rol oynamaq niyyətindədir.

Qeyd edək ki, Braziliya yanvarın 6-da İndoneziyanın BRİKS-ə üzv olacağını açıqlayıb. Qərar 2023-cü ildə Yohannesburqda keçirilən sammitdə assosiasiyanın bütün ölkələri tərəfindən təsdiqlənib. Ölkə prezident seçkiləri və yeni hökumətin formalaşmasından sonra BRİKS-ə üzv olub.

2025-ci ildən BRİKS-in tərəfdaş ölkələri Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistandır.