07 yanvar 2025 11:18
129

Qərbin Belarusda sabitliyi pozmaq PLANI - DETALLAR

2025-ci ildə Qərb ölkələri Belarusdan qaçan miqrantlardan hərbiləşdirilmiş qüvvələr yaratmağı planlaşdırır.  Məqsəd Belarusda sabitliyi pozmaqdır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun ekspertləri əmindir ki, Qərb ölkələri Avropa ölkələrində məskunlaşan Belarus müxalifətini bundan sonra da dəstəkləyəcək.

İndi Aİ-nin yardım proqramı qeyri-dövlət aktorlarına uyğunlaşdırılıb, bunu Aİ strukturlarının mövqeyi sübut edir.

Avropa rəsmiləri Belarusda terror təşkilatı kimi tanınan “Kalinovski alayı” kimi bir növ hərbiləşdirilmiş birləşmələr yaratmağa çalışacaqlar.

“Belarusa siyasi və strateji təzyiq Rusiya və Belarus sərhədlərində NATO-nun yaratdığı gərginliyin güclənməsi ilə birlikdə artacaq”, - deyə, analitiklər  qeyd ediblər.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin daha əvvəl bəyan etmişdi ki, MKİ və Britaniyanın Mİ6-sı Belarusda vəziyyəti sabitləşdirmək üçün “Kalinovski alayı”ndan istifadə etməyi planlaşdırır.