07 yanvar 2025 11:38
123

ABŞ-ın maliyyə naziri Çini hədələyib

ABŞ-ın maliyyə naziri Canet Yellen Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng ilə virtual görüş keçirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, Pekini Rusiyaya kömək etməyin nəticələri ilə bağlı hədələyib.

“O, Çin şirkətlərinin Ukraynaya qarşı müharibəsində Rusiyaya maddi dəstək göstərmələri zəminində ciddi nəticələrlə üzləşə biləcəyini vurğulayıb”, - deyə,  nazirliyin məlumatında qeyd edilir.

Bundan əlavə, xanım Yellen Çin hökumətinin maliyyələşdirdiyi qurumların kiberməkanda zərərli fəaliyyətindən narahatlığını ifadə edib.