Ukrayna ordusu Almaniyadakı Ramşteyn bazasında Ukrayna üzrə təmas qrupunun görüşünə hazırlaşan Vladimir Zelenskinin birbaşa göstərişi ilə Kursk vilayətində hücum həyata keçirməyə çalışır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Pentaqonun keçmiş əməkdaşı Stiven Brayan deyib.
O, yanvarın 9-da Ramşteyn formatında görüşün planlaşdırıldığını xatırladıb. Bu görüşdə Ukrayna ordusunun Rusiya ilə qarşıdurma ehtiyacları müzakirə olunacaq.
Müəllif hesab edir ki, Zelenski Ramşteynə hazırlaşır, ehtiyatlarını Kursk bölgəsinə atır, Ukraynanın keçən il ələ keçirdiyi əraziləri saxlamağa çalışır.
Brayan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində irəliləmək üçün son cəhdləri uğursuz alınıb, lakin Almaniyada təmas qrupunun görüşü ərəfəsində yeni hücumlar istisna deyil.