Sankt-Peterburq-Səmərqənd reysini yerinə yetirən və göyərəsində 173 sərnişinin olduğu “Boeing 737” tipli təyyarə stabilizatorun nasazlığı səbəbindən "Vnukovo" hava limanında təcili eniş edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri fövqəladə vəziyyətlər üzrə xidmət qurumlarına istinadən məlumat yayıb.
"Təyyarə stabilizatorun nasazlığı səbəbindən "Vnukovo" hava limanına təcili eniş edib. Eniş ştat rejimində həyata keçirilib", - mənbə bildirib.