08 yanvar 2025 17:21
112

Serbiya Rusiya ilə bir sıra silah müqavilələrini LƏĞV ETDİ

Serbiya Ordusunun Baş Qərargah rəisi Milan Mojsiloviç bildirib ki, Moskvaya qarşı tətbiq edilən sanksiyalara görə ölkəsinin Rusiyadan silah tədarükünü davam etdirməsi demək olar ki, mümkünsüz olub.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bu səbəbdən Serbiya ordusu bir neçə müqaviləni ləğv etməli olub.

“Biz diplomatik kanallar vasitəsilə mövcud vəziyyətdən çıxış yolu tapmağa çalışırıq. Bəzi müqavilələrə xitam verdik, digərlərini isə qlobal səviyyədə dövlətlərarası münasibətlərdə vəziyyətin normallaşacağı və razılaşmanın həyata keçirilməsinə imkan verəcəyi ümidi ilə təxirə saldıq”, - deyə Mojsiloviç bildirib.

Baş Qərargah rəisi Rusiyanın istehsal etdiyi silahların dünyanın bir sıra silahlı qüvvələri tərəfindən istifadə edildiyini, bəzi ölkələrin öz istehsalını yaratmaq üçün lisenziyaya malik olduğunu qeyd edib. Bunun sayəsində Serbiya hərbi texnikanın ehtiyat hissələri ilə təchizatı üçün dayanıqlı sistem yaratmağın yolunu tapıb.

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Serbiya Avropadan silah almağa başlayıb. Xüsusilə, 2024-cü ilin avqustunda Serbiya Prezidenti Aleksandar Vucic Fransa ilə 12 "Rafale" qırıcısının alınması üçün müqavilənin təsdiqini elan etdi. Müqavilənin dəyəri 2,7 milyard avrodur. Serb müxalifəti bu müqaviləni Belqrad və Paris arasında siyasi razılaşma adlandırıb.