08 yanvar 2025 18:12
132

Yeni virusla əlaqədar pandemiya RİSKİ VARMI?

Avropa İttifaqı (Aİ) Çində yayılan metapnevmovirus səbəbindən yeni pandemiyaya hazırlaşmağa ehtiyac görmür.

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Yeva Qrntsirova bildirib.

"Hazırda pandemiyaya hazırlaşmağa ehtiyac yoxdur, biz Çindəki vəziyyətdən xəbərdarıq, tibbi agentliyimiz vəziyyəti izləyir. Bununla bağlı yaxın həftələrdə Səhiyyə Komitəsində müzakirələr aparılacaq", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi şimal əyalətlərində virusun yayılması barədə məlumat verib.