"Mən 1607-ci ilə aid köhnə xəritəni ortaya qoyuram. Təbii ki, Meksika körfəzi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmi ad kimi tanınır. Bəs niyə Şimali Amerikaya "Meksika Amerikası" demirik? Yaxşı səslənir, elə deyil? Apatzingan Konstitusiyasına uyğun olaraq biz bunu müzakirə edə bilərik. Beləliklə, Şimali Amerikaya Meksika Amerikası deyək."
“İki sahil” xəbər verir ki, bunu Milli Sarayda gündəlik mətbuat brifinqində danışan Meksika prezidenti Klaudiya Şeynbaum deyib.
Trampın Meksikanı hədəf alan açıqlamalarına toxunan Şeynbaum, "Dünən prezident Tramp, üzrlü saysın, ona yanlış məlumat verildiyini düşünürəm. Meksika xalq tərəfindən idarə olunur və biz burada demokratiyanı gücləndirməyə davam edirik".
Apatzingan Konstitusiyasının əhəmiyyəti
Şeynbaumun çıxışında istinad etdiyi Apatzinqan Konstitusiyası 22 oktyabr 1814-cü ildə Meksikanın Apatzinqan şəhərində elan edilmiş və müstəqillik hərəkatı zamanı yaradılmış ilk konstitusiya mətni hesab olunur.
Meksika körfəzinin tarixi mənşəyi
Amerika qitəsinin kəşfindən sonra ispan kəşfiyyatçılar bölgədə xəritəçəkmə və kəşfiyyat işləri aparıblar. 16-cı əsrin əvvəllərində ərazi Meksika körfəzi adlandırıldı və o vaxtdan bəri beynəlxalq xəritələrdə belə adlandırıldığı bilinir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”