Rusiya lideri Vladimir Putin Kerç boğazında mazut sızıntısını Rusiyanın son vaxtlar üzləşdiyi ən ciddi ekoloji problemlərdən biri adlandırıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o, hökumət üzvləri ilə görüşündə bildirib.
2024-cü il dekabrın 15-də Kerç boğazı ərazisində fırtına zamanı neft məhsulları daşıyan iki tanker batıb.
Bundan əvvəl Kubanda federal fövqəladə vəziyyətin elan olunub.