09 yanvar 2025 18:04
120

Paşinyan Əhmədianla "Şimal-Cənub" avtomobil yolunun tikintisi ilə bağlı məsələni müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ikitərəfli münasibətlərin dinamik inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar tərəflərin texnologiya, sənaye, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlarının olduğuna əminliklərini ifadə ediblər.

"Şimal-Cənub" avtomobil yolunun tikintisində İran tərəfi ilə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Tərəflər avtomobil yolunun tikintisinin, həmçinin ikitərəfli ticarət dövriyyəsinin və yük daşımalarının həcminin artırılmasına yeni təkan verəcəyinə əminliklərini bildiriblər.

N.Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında və genişləndirilməsində maraqlıdır.