Türkiyə-İran sərhədində 4,3 bal gücündə zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət Hakkari şəhərində qeydə alınıb. Zəlzələ ocağı 5,44 kilometr dərinlikdədir.
Təbii fəlakətin fəsadları barədə hələlik məlumat yoxdur.