10 yanvar 2025 10:17
78

100 min avroya almışdılar -  50 milyona satırlar

"Mançester Siti" Özbəkistan millisinin 20 yaşlı müdafiəçisi Abdukodir Xusanovun transferinin bir addımlığındadır.

QOL.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində “Sky Sport Germany” telekanalının jurnalisti Patrik Berqer məlumat verib.

Bildirilib ki, ingilislər futbolçunun klubu “Lans”a (Fransa) bonuslar da daxil olmaqla 50 milyon avro təklif edib. 

Xusanovun özü ona uzunmüddətli müqavilə təklif edən “Mançester Siti”yə keçməyi səbirsizliklə gözləyir.

Özbək oyunçu 2023-cü ildən "Lans"də çıxış edir. Fransa təmsilçisi həmin vaxt bu transfer üçün onun klubu olan Belarus “Energetik BQU”ya cəmi 100 min avro ödəmişdi.

Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.