Ukrayna xalqının cəsarəti və qətiyyəti, həmçinin ABŞ və azad dünyanın digər ölkələrinin dəstəyi sayəsində Vladimir Putinin başlatdığı müharibə Rusiya üçün fəlakətə çevrildi.
“İki sahil” xəbər verir ki, bunu cümə günü Ukrayna və ABŞ prezidentləri arasında baş tutan söhbətin yekunu üzrə Ağ Evin rəsmi bəyanatında bildirilib.
Həmçinin qeyd edilib ki, Ukrayna xalqının cəsarəti və qətiyyəti, eləcə də ABŞ-ın dəstəyi ilə Rusiya Ukraynada heç bir strateji məqsədə nail ola bilməyib: “Putin üç gündə Kiyevi ələ keçirmədi, Rusiya Ukrayna millətini məhv etmədi və Ukrayna azad və canlı demokratiya olaraq qalır”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”