11 yanvar 2025 09:16
100

Bayden: Prezident vəzifəsindən getdikdən sonra yoxa çıxmayacağam

ABŞ Prezidenti Cozef Bayden bildirib ki, dövlət başçısı vəzifəsindən getdikdən sonra yoxa çıxmaq niyyətində deyil.

“İki sahil” xəbər verir ki, o, bu barədə jurnalistlərlə ünsiyyət zamanı bildirib.

"Mən gözdən və ya yaddaşdan yox olmayacağam", - Prezident deyib.

Bundan bir qədər əvvəl Ağ Ev Baydenin yanvarın 15- də - yeni seçilmiş dövlət başçısı Donald Trampın andiçmə mərasimindən beş gün əvvəl ölkə sakinlərinə vida nitqi ilə müraciət edəcəyini bildirib.

82 yaşlı Cozef Bayden ABŞ-nin (Demokratlar Partiyasından) 46-cı prezidentidir. O, 20 Yanvar 2021-ci ildən bu vəzifəni tutur. Bayden 2009-2017-ci illərdə, Barak Obama dövlət başçısı ikən vitse-prezident olub. 1973-2009-cu illərdə ABŞ Senatında Delaver ştatını təmsil edib.

ABŞ-də prezident seçkiləri ötən il keçirilib. Bayden də dövlət başçısı postuna iddialı olub, lakin iyulda seçkiqabağı marafondan çıxdığını elan edib. Nəticədə Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Trump ali vəzifə uğrunda mübarizə aparıblar. Qalib gəlmək üçün siyasətçilərdən biri azı 270 seçici səsi almalı idi. Noyabrın 5-də keçirilən səsvermədən sonra Tramp 312, Harris isə 226 səs toplayıb.

Baydenin prezidentlik müddəti yanvarın 20-də başa çatır, həmin gün dövlət başçısı Donald Trampın andiçmə mərasimi keçiriləcək.