"Barselona"nın futbolçisi Lamin Yamal arzularından danışıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə klubun saytına açıqlama verib.
17 yaşlı vinger karyerası üçün ən böyük arzusunun Çempionlar Liqasını qazanmaq olduğunu deyib:
“Futbolla bağlı ən böyük arzum nədir? "Barselona" ilə Çempionlar Liqasını qazanmaq istəyirəm".
Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 21 matça çıxıb, 6 qol vurub, 12 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.