11 yanvar 2025 17:04
90

Fransa Çaddakı bazalarının birindən öz kontingentini çıxarıb

Fransa Çadın Abeşe bazasından öz hərbçilərinin çıxarılmasını başa çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə “tchadinfo” portalı məlumat yayıb.

"Bir gün əvvəl bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb", - nəşr qeyd edib.

Baza Çad Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Ötən il noyabrın 29-da Çad Fransa ilə müdafiə sazişinin ləğv olunduğunu elan edib və dekabrın 20-də Parisdən 31 yanvar 2025-ci ilədək bütün hərbçiləri ölkə ərazisindən çıxarmağı tələb edib.