11 yanvar 2025 18:53
88

Nazir: Gürcüstana qarşı münasibətdə ikili standartlarla üzləşirik

Bu gün bir çox ölkə Gürcüstana qarşı münasibətdə ikili standartlar tətbiq edir.

“İki sahil” xəbər verir ki, bunu Macarıstan televiziyasına müsahibəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Nazir deyib: “Gürcüstanda baş verən hadisələri qiymətləndirəndə və ya Gürcüstan və digər ölkələrin siyasətini müqayisə edən zaman ikili standartlarla üzləşirik. Nəticə çox aydındır. İki milyondan çox gürcü seçkilərdə iştirak edib və onların 1,2 milyona yaxını “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasına səs verib. Bu hökumətə gürcü cəmiyyəti tərəfindən çox güclü dəstək var. Son seçkinin nəticələrini şübhə altına almaq üçün real əsas yoxdur. Heç kim vəziyyətin necə gərginləşdiyini və buna kimin töhfə verdiyini görmək istəmir. Biz tez-tez cari hadisələrlə bağlı birtərəfli qiymətləndirmələrə rast gəlirik ki, bu da Gürcüstanda və ölkədə gedən proseslər haqqında yanlış təsəvvür yaradır”.

“Biz hələ də inanırıq ki, illərdir dostluq etdiyimiz bütün ölkələr nəhayət dostluq münasibətlərinə qayıdacaq və o anı gözləyəcəyik. Uzunmüddətli tərəfdaşlarımızla münasibətlərə gəlincə, strateji səbir bizim əsas siyasətimizdir”, - deyə Maka Boçorişvili bildirib.