Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə uşaqlara müxtəlif oyuncaqlar paylayıb, xərclik verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, AK Partiya Diyarbəkirdə keçirilən 8-ci Konqresində iştirak etmək üçün Diyarbəkirə gedən Ərdoğan Diyarbəkir Hava Limanından konqresin keçiriləcəyi Seyrantəpə İdman Salonuna doğru avtobusla yola düşüb və yolda onu qarşılayanları salamlayıb.
Oyuncaq alarkən huşunu itirən 1 uşaq dərhal təcili yardıma çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”