Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
“İki sahil” xəbər verir ki, duman axşam saatlarından etibarən Biləsuvar və Cəlilabad rayonu ərazisində müşahidə edilməyə başlayıb.
Görmə məsafəsi xeyli azaldı üçün nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Qeyd edək ki, dumanlı hava şəraiti həmçinin köhnə Ələt-Astara avtomobil yolunun sözügedən rayonlardan keçən hissəsində də müşahidə olunur.