Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Bakı-Qazax yolunda qeydə alınıb.
Belə ki, magistral yolu keçmək istəyən Ağdam rayon sakini, 1967-ci il təvəllüdlü Babayev Adil Kərəm oğlunu avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.