13 yanvar 2025 10:54
199

Ançelotti “Barselona”ya ağır məğlubiyyətdən danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunun finalında "Barselona"ya ağır məğlubiyyəti (2:5) şərh edib.

“İki sahil” xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, belə məğlubiyyətdən dərs almaq lazımdır: “Pis gecə idi. Biz də bütün azarkeşlərimiz kimi məyus olduq. Bu, üzücüdür, gizlətməyək. Amma futboldur, bəzən qalib gəlmək olar, bəzən isə məğlubiyyətdən dərs almaq lazımdır. İrəliyə baxmalıyıq, başqa yol yoxdur.  Biz sadəcə irəliləməliyik".

Qeyd edək ki, "Barselona" İspaniya Superkubokunda ən çox mükafat alan klubdur. Kataloniyalılar bu titulu 15 dəfə qazanıblar. İkinci yerdə “Real” (13) qərarlaşıb.