13 yanvar 2025 15:45
77

7 milyondan çox siqaret, 13 min litrdən çox spirtli içki...

Gömrük orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ötən il ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7 milyon 256 min 37 ədəd xaricdə istehsal olunan siqaretlər, 13 min 266 litr spirtli içkilər, 105 min 721,715 litr energetik içkilər, həmçinin aksiz markalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədar Azərbaycanın aksiz markası ilə markalanmış 292 litr spirtli içki saxlanılıb.

“İki sahil” xəbər verir ki,  Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, DGK və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 milyon 760 min ədəd aksiz markası ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları və 300 min ədəd saxta aksiz markaları da qanunsuz dövriyyədən götürülüb.