13 yanvar 2025 22:03
117

İbrahim Kalınla HƏMAS nümayəndələri arasında telefon danışığı olub

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalınla HƏMAS siyasi bürosunun səlahiyyətli şəxsləri arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Tərəflər Qəzzadakı son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı Qəzzada atəşkəsin əldə olunması ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib.

Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, bu həftə Qəzzada razılığa gəlmək ehtimalı var.