“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova yazdığı iddia edilən məktub siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir”.
“İki sahil” xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi teleqram kanalında məlumat yayılıb.
“İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu dezinformasiya emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulan primitiv saxtakarlığın nümunəsidir.
Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”, - məlumatda deyilir.
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur