Estoniyanın müxalifət partiyası İsamaa hibrid hücumlar təşkil etdiyinə görə ölkənin Rusiya ilə sərhədini bağlamaq üçün qanun layihəsinin təşəbbüskarı olub.
“İki sahil” xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
“İsamaa partiyası bazar ertəsi qanun layihəsinin təşəbbüskarı olub. Bu layihəyə görə parlament hökumətə Estoniya-Rusiya sərhədini bağlamağı tapşırmalıdır. İsamaa lideri Urmas Reinsalu qanun layihəsini Rusiyanın Estoniya və onun müttəfiq ölkələrinə qarşı təşkil etdiyi bir neçə hibrid hücumla əsaslandırıb”, - deyə, məlumatda deyilir.