ABŞ Cənubi Qafqazda sabitləşdirici rol oynamayıb. Rusiya Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazırdır.
“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, Ermənistan KİV-ləri xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinkenin bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədi imzalayacaqları barədə məlumat yayıb.