16 yanvar 2025 18:25
93

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı əsasında bir sıra şəxslər məsuliyyətə cəlb edilib

2024-cü ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləri qismində müxtəlif qurumlara 185 təqdimat göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə İdarənin rəisi Nazim Rəcəbov məlumat verib.

O bildirib ki, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.