18 yanvar 2025 23:48
310

Husilər İsrail Müdafiə Nazirliyinin binasına hücum etdiyini bildiriblər

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasına hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya deyib.

Yəhya Sariya bildirib ki, hücum zamanı ballistik raketdən istifadə olunub.

Onun sözlərinə görə, “raket yüksək dəqiqliklə hədəfi vurub” və İsrailin hava hücumundan müdafiə sistemləri “onun qarşısını ala bilməyib”.