Müəllim və dayə uşaqların yaxasından tutaraq çatpayıya atıb
Qazaxıstanda özəl uşaq baxçaların birində müəllim və dayə uşaqlarla kobud rəftar edib.
“İki sahil”in məlumatına görə, Daxili İşlər Nazirliyinin rəsmi internet resursu xəbər verir ki, hadisə Kokşetauda baş verib.
Uşaqların baxçaya getməkdən imtina etməsindən sonra üstü açılan hadisə ilə bağlı valideynlər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Bildirilir ki, polis əməkdaşları ibtidai araşdırmaya başlayıblar və hazırda zəruri istintaq hərəkətləri aparılır.
“Narahat olan valideynlər və mərkəzin direktoru videokamera yazılarına baxanda məlum oldu ki, müəllim və dayə “sakit saat” zamanı uşaqlarla kobud rəftar edir, xüsusən də onların qollarından, yaxalarından tutaraq çarpayının üstünə atıblar”, - deyə məlumatda bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”