Dünyanın ən yaşlı futbolçusu olaraq Ginnesin Rekordlar kitabına düşən Robert Karmonanın Uruqvayın "Nuevo Casabo" klubu ilə müqaviləsinin müddəti başa çatıb.
62 yaşlı Karmona təqaüdə çıxmaq istəmədiyini açıqlayıb.
AS nəşri müdafiəçinin dediklərini belə çatdırıb:
"Uşaqlıqdan bilirdim ki, mənim böyük futbolçu olmaq potensialım var. Uğur üçün ən vacib şeylərdən biri məşqdir. Buna görə də 49 ildir ki, hər gün məşq edirəm. Həftədə altı gün, gündə iki-üç saat məşq edirəm. Kriştianu Ronaldu ilə peşəkarlıq baxımından oxşarıq.
Son illər müqaviləsiz futbol oynayıram, sadəcə klubla razılaşmaya ehtiyac var. Maliyyə aspektləri mənim üçün prioritet deyil. Əsas maaşım dolanışıq üçün kifayət etməsə də, idman hüquqlarım və tədbirlərdə iştirakla bağlı başqa gəlir mənbələrim var. Karyeramda 2000-dən çox oyun keçirmişəm. Son iki ildə az oynamağım aldığım ağır zədələrlə bağlıdır. Yeni ilin əvvəlindən variantlara baxıram. Karyeramın 95 faizində etdiyim kimi, yenə 90 dəqiqə oynaya bilərəm”.
Karmona doğma çempionatdan əlavə ABŞ, Kanada, İtaliya və İspaniyada da oynamağı bacarıb.
Fanat.Az