19 yanvar 2025 10:36
82

Bu ölkədə zəlzələ olub

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərinin Baytsantan (Cerenbulak) bölgəsindən 51 km şərqdə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı deyib.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 154 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə "kifayət qədər güclü" kimi qiymətləndirilib.