Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski bildirib ki, 2024-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 434 mindən çox şəxsi heyət təşkil edib ki, bu da 2022 və 2023-cü illərdəki itkilərdən daha çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbçi TSN-ə müsahibəsində söyləyib.
“Bizim hesablamalarımıza görə, ümumi itkilər (Rusiyanın – red.) şəxsi heyətin 434 min üzvü təşkil edib, onlardan təxminən 150 mini 2024-cü ildə ölüb. Bu döyüş ili ərzində Rusiya əvvəlki iki müharibə ilindən daha çox itki verib”, – o qeyd edib.
Ukrayna və Rusiya qüvvələrinin itkiləri arasındakı nisbət barədə suala Sırski belə cavab verib: “Belə deyək, dəfələrlə çoxdur”.