20 yanvar 2025 18:01
90

Mirzoyan yanvarın 21-də Moskvaya işgüzar səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyaya işgüzar səfərə gedəcək.

"İki sahil" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Yanvarın 21-də xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfərə yollanacaq”, - Badalyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilməsi planlaşdırılır, görüşdən sonra isə nazirlər birgə mətbuat konfransı keçirəcəklər.