20 yanvar 2025 22:28
102

Panama kanala nəzarəti Çinə verdi, indi ABŞ onu geri alacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.

“İki sahil” xəbər verir ki,  o, bu barədə inauqurasiya mərasimində çıxışı zamanı bildirib.

"Panama öz kanalına nəzarəti Çinə verdi, indi ABŞ onu geri alacaq", - Tramp deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Panama kanalı ilə bağlı hələ bu ayın əvvəlində açıqlama verərək, nəzarətin Panamaya verilməsinin "axmaqlıq olduğunu" söyləmişdi.

Onun fikrincə, Panama kanalın ona təhvil verilməsindən sonra müqavilənin bütün bəndlərini pozub. O, Panama hakimiyyətinin ABŞ-dən hərbi gəmilərin keçməsinə görə həddən artıq pul tələb etdiyini vurğulayb.