ABŞ-ın yeni and içmiş Prezidenti Donald Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə o, Kapitoli binasında keçirilən andiçmə mərasimində deyib. O bildirib ki, Amerika xalqı Yer kürəsinin ən böyük, ən güclü, ən hörmətli milləti kimi öz layiqli yerini geri alacaq.
Donald Tramp administrasiyasının gündəliyini həyata keçirməyə başlamaq üçün bir sıra sərəncamlar imzalamağı planlaşdırdığını deyib.
O, həmçinin ABŞ-ın cənub sərhədində milli fövqəladə vəziyyət elan etmək niyyətində olduğunu bildirib.