24 yanvar 2025 11:29
104

Ukrayna və Baltikyanı ölkələr öz suverenliklərini Qərbin xeyrinə qurban veriblər - Volodin

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, Ukrayna və Baltikyanı ölkələr öz suverenliklərini ABŞ və Aİ-nin xeyrinə qurban veriblər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Volodin bu barədə Telegram kanalında yazıb. “Əvvəllər SSRİ-nin müttəfiq respublikaları olan bir sıra dövlətlər suverenliklərini Vaşinqton və Brüsselin xeyrinə qurban verdilər"- deyə, Volodin yazıb.

O əlavə edib ki, Ukrayna nəhayət, 2014-cü ildə müstəqilliyini itirib.

Volodin vurğulayıb ki, ABŞ və digər Qərb dövlətləri tərəfindən həmişə təzyiqlər olub. Onların mövcudluğunun əsasını müstəmləkəçilik siyasəti təşkil edir.