Almaniya Moskvanın Qırmızı Meydanda keçiriləcək Qələbə qaradında iştirak etmək niyyətində deyil.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Almaniyanın Rusiyadakı səfiri Alexander Lambsdorf bildirib.
“Xeyr, biz heç bir rəsmi səviyyədə Moskvadakı paradda təmsil olunmayacağıq”, - deyə, o, TASS-a bildirib. Diplomatın sözlərinə görə, Ukraynada münaqişə bitənə qədər Berlin hərbi paradda iştirak edə bilməz.
Daha əvvəl məlum olub ki, Moskvada keçiriləcək paradda iştirak etmək üçün 19 ölkə dəvət olunub.
Newsweek-in məlumatına görə, Moskvada keçiriləcək Qələbə Paradında ABŞ-dan “böyük qonaq” iştirak edə bilər.