Anti-Rusiya sanksiyalarından Macarıstana dəyən ziyan 18 milyard avrodan çox olub. Ona görə də Budapeşt Aİ-dən onların müddətinin uzadılmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyi xahiş edir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
“Sanksiyalar bizə 18,3 milyard avro ziyan vurub. İndi də gündəmdə sanksiyaların uzadılması məsələsi var. Mən əl əyləcini çəkdim və Avropa liderlərindən bunun davam edə bilməyəcəyini başa düşmələrini xahiş etdim”, - deyə, Orban bildirib.
Bloomberg-in məlumatına görə, Macarıstanın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi təqdirdə Aİ-nin başqa planı yoxdur.