24 yanvar 2025 18:04
120

Ötən il Kommersiya kollegiyasının icraatındakı işlərin 17,3 faizində məhkəmə aktı ləğv edilib

2024-cü ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 4 min 438 işdən 76,7 faizi yekunlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Plenumunun ötən ilin nəticələrinə həsr edilən iclasında bildirilib.

Bildirilib ki, yekunlaşmış işlərdən 88 faiz işə mahiyyəti üzrə baxılıb, 8,8 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 2,9 faiz iş üzrə kassasiya icraatına xitam verilib.

Baxılmış 2 min 997 işdən 52,9 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 28,9 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 17 faiz qərar ləğv edilib, 0,4 faiz iş üzrə icraata xitam verilib, 0,8 faiz qərar dəyişdirilib.

2024-cü ildə Kommersiya kollegiyasının icraatında isə 832 iş olub, onlardan 95,6 faiz iş kommersiya mübahisələri üzrə, 4,4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub.

İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 795 işdən 68,2 faiz işə mahiyyət üzrə baxılıb.

Baxılmış işlərdən 82,3 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 17,3 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,4 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.