24 yanvar 2025 18:33
124

Milli Məclisin yaz sessiyası fevralın 3-də başlayacaq

Bu il Milli Məclisin yaz sessiyası fevralın 3-də başlayacaq.

“İki sahil” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün yaz sessiyasının ilk iclası fevralın 3-də keçiriləcək.