ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələrini dayandırıb. Bu barədə departamentdəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” idarədəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, dondurulmuş layihələrə səhiyyə sahəsində yardım, o cümlədən uşaqların peyvənd edilməsi, eləcə də məktəblərə dəstək daxildir.
Daha əvvəl Politico xəbər verib ki, ABŞ dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin dərhal 90 gün müddətinə dondurulmasına göstəriş verib.