ABŞ-dan deportasiya edilən ilk qeyri-qanuni miqrantlar iki təyyarə ilə Qvatemalaya çatdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qvatemala Miqrasiya İnstitutunun saytında məlumat verilib.
Qaytarılan 80 nəfərin 31-i qadın, 48-i kişi və biri yeniyetmədir.
Gələnlər qeydiyyata alındıqdan sonra onlara yemək, geyim, gigiyena dəstləri, psixoloji dəstək, telefonla təminat verilib.
Hazırda onlar Miqrantlara Yardım Mərkəzinin sığınacağında yerləşdirilirlər.