Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində növbəti oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun komandası San Marinoda yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, U-19 ötən gün Kosovoya 4:1 hesabı ilə qalib gəlib.
Əlavə edək ki, əsas mərhələyə yalnız 1-ci pillənin sahibi vəsiqə qazanacaq.