Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 6 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yüksək temperaturdan hamam və sanitar qovşağının plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.