27 yanvar 2025 00:51
145

Kolumbiya prezidenti: ABŞ-dan gələn qeyri-qanuni immiqrantlar statuslarını nizama salmalıdırlar

Kolumbiya qeyri-qanuni yaşayan bütün ABŞ vətəndaşları immiqrasiya statuslarını qaydaya salmalıdırlar.

“İki sahil” xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro “X”-də yazıb.

"Bunu etmək istəyən Amerika vətəndaşları Kolumbiyada yaşaya bilər. Mən insan azadlığına inanıram. Bununla belə, 15.666-dan çox insan qeyri-qanuni mühacirdir və Kolumbiya qanunlarına görə, onlar qalmalarını qanuniləşdirməlidirlər", - Petro bildirib.

"Siz mənim ABŞ bayrağını yandırdığımı və ya qeyri-qanuni mühacirləri ABŞ-a qandallı qaytarmaq üçün reyd keçirdiyimi heç vaxt görməyəcəksiniz. Əsl azadlıqsevərlər heç vaxt insan azadlığına qəsd etməyəcəklər. Biz nasistlərin əksiyik”, - deyə Kolumbiya lideri əlavə edib.

Qustavo Petro bundan əvvəl Kolumbiyalı deportasiya edilənləri daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan etmişdi. O deyib ki, Amerika hakimiyyət orqanları kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır.

Bundan əvvəl ABŞ Daxili Təhlükəsizlik Departamenti Amerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qeyri-qanuni mühacirləri sürətləndirilmiş prosedura əsasən, yəni immiqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib. Tramp vəzifəyə gəldikdən sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. Respublikaçı əvvəllər dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və qeyri-qanuni mühacirlərin məcburi deportasiyasının lehinə çıxış edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”