ABŞ prezidenti Donald Tramp Latın Amerikası ölkələrinin liderlərini ABŞ-dan deportasiya edilən qeyri-qanuni miqrantların olduğu təyyarələri qəbul etməyə razı sala biləcək.
“İki sahil” xəbər verir ki, ABŞ-ın yeni administrasiyasının sərhədlərin təhlükəsizliyinə və qeyri-qanuni mühacirlərin deportasiyasına cavabdeh olan Tomas Homan bu fikirdədir.
Xatırladaq ki, Meksika və Kolumbiya ABŞ-dan gələn miqrantları qəbul etməkdən imtina edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”