27 yanvar 2025 15:31
175

Braziliya prezidentinə etimad AZALIB - SORĞU

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın siyasətlərini bəyənməmə səviyyəsi o, vəzifəyə gəldikdən sonra ilk dəfə bu qədər yüksək səviyyəyə yüksəlib.

“İki sahil” xəbər verir ki,  bu, məlumat "Reuters"in istinad etdiyi Genial/Quaest sorğusundan irəli gəlir.

Sorğunun nəticələrinə görə, Lula da Silvanın prezident kimi fəaliyyətini bəyənən respondentlərin payı ötən ilin dekabrında 52%-dən bu ilin yanvarında 47%-ə düşüb. "Reuters" xəbər verir ki, bu, siyasətçinin 2023-cü ilin yanvarında Braziliya prezidenti vəzifəsinə gəldiyindən bəri ən aşağı reytinqdir.

Braziliya liderinin siyasətini bəyənməyən respondentlərin payı, əksinə, keçən ay 47%-dən bu ay 49%-ə yüksəlib.

"Reuters"in məlumatına görə, Genial/Quaest araşdırması sorğunun nəticələrinə Braziliya hökumətinin üzləşdiyi iqtisadi problemlərin təsir göstərə biləcəyini iddia edilir. “İqtisadiyyatın son bir ildəki vəziyyətinin qiymətləndirilməsi mənfi olaraq qalır... İqtisadiyyatın vəziyyətini müsbət qiymətləndirənlərin sayı isə oktyabr ayından bəri azalmaqda davam edir”, - deyə, nəşr qeyd edib.

"Genial Investimentos" şirkətinin sifarişi ilə keçirilən Quaest sorğusu yanvarın 23-dən 26-a qədər aparılıb və 4500 insan iştirak edib. Sorğunun səhv marjası 1 faiz bəndi olaraq qiymətləndirilir.